Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Başımızın bəlasına çevriliblər: Ölümcül virus yayırlar

© Sputnik / Aleksey Sukhorukov / Mediabanka keçidВрач идет по коридору больницы, фото из архива
Врач идет по коридору больницы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gənc kişilər arasında İİV-ə yoluxmada aşkarlanma var. Onların 60-70 faizi Türkiyədə intim xidmət biznesində məşğul olanlardır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 noyabr — Sputnik. Azərbaycanda İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxan şəxslər arasında cinsi azlıq nümayəndələrinin sayı artıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Epidemioloji nəzarət və profilaktika şöbəsinin müdiri Afət Nəzərli məlumat verib.

Cinsi əlaqə zamanı QİÇS-ə yoluxma təhlükəsi aradan qalxacaq>>

O bildirib ki, homoseksual yolla yoluxma artaraq 9 ay ərzində 7 faiz təşkil edib: "Gənc kişilər arasında İİV-ə yoluxmada aşkarlanma var. Onların 60-70 faizi Türkiyədə intim xidmət biznesində məşğul olanlardır. 4-5 il əvvəl kişilərdən kişilərə yoluxma halı 0,1 faiz idisə, 2019-ciu ilin 9 ayında 6,8 faiz təşkil edib. 9 ayda kişilərlə cinsi əlaqədə olan 34 kişi İİV-ə yoluxub".

Qeyd edək ki, İİV-ə yoluxanlar arasında homoseksualların olması, bu şəxslər arasında virusun yayılmasının qarşısının alınması məsələsini də gündəmə gətirir. Maraqlıdır, İİV daşıyıcıları olan homoseksuallar arasında İİV-ə yoluxmanın qarşısını hansı formada almaq olar?

QİÇS testi, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Səhiyyə üçün xoş xəbər: QİÇS virusunu zərərsizləşdirən mexanizm tapıldı

"Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi"nin sədri Zülfiyyə Mustafayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, heteroseksual yolla İİV-in yayılmasının qarşısını almaq üçün bu virus daşıyıcılarına rezin qoruyucular paylanılır: "Bunlar adi standart perezervativlərdir". Z.Mustafayeva homoseksuallar arasında da İİV-ə yoluxmanın qarşısını almaq üçün profilaktik tədbirlər aparıldığını söyləyir. O bildirir ki, homoseksuallar arasında infeksiyaya yoluxmanın qarşısını almaq üçün onlara da prezervativlər verilir: "Bunlar qeyri-ənənəvi seksual münasibət üçün olan prezervativlərdir. Bu, kişilərlə münasibətdə olan kişilərə paylanılır. Amma bir də var, transgender qruplar. Onlar müxtəlif əməliyyatlar vasitəsilə cinslərini dəyişirlər. Qeyd edim ki, əvvəllər ölkəmizdə belə şəxslər olmasa da, son illər bizim ölkədə də cinsini dəyişənlər var. Bu qrupla profilaktik işlərə yeni başlanıb. Ümumiyyətlə homoseksual qruplarla profilaktik tədbirlərə 2006-cı ildən start verilib. Ona görə də, bizdə hazırda tansgender qrupa aid şəxslər arasında İİV-ə yoluxma barədə məlumat yoxdur. Amma belə şəxslərə son illər ölkəmizdə də rast gəlinir. Onlar əməliyyat vasitəsilə cinslərini dəyişirlər".

Xəbər lenti
0