CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yeni radio kanalı açılacaq

© pixabay / Joe007Студийный микрофон, фото из архива
Студийный микрофон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşeron ərazisində 102,0 MHz tezliyinə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək müsabiqə elan olunması barədə qərar qəbul edilib

BAKI, 6 noyabr — Sputnik. Azərbaycanda yeni ümumrespublika radio kanalının açılması üçün müsabiqə elan olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasından (MTRŞ) məlumat verilib.

Xəbərdə bildirilir ki, bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda yeni radio kanalının yaradılması məsələsi haqqında müzakirələr aparılıb və ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşeron ərazisində 102,0 MHz tezliyinə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək müsabiqə elan olunması barədə qərar qəbul edilib.

Xəbər lenti
0