Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Öldürülməyən ayının dərisi bölüşdürülür: Almanlar gəlsin, yoxsa yox?

© AFP 2023 / DELIL SOULEIMANРубка и резка мяса
Рубка и резка мяса - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Rayonlarımızın əksəriyyətində bir heyvandan 150 kiloqram təmiz ət alınırsa, bu, böyük göstərici sayılır, amma Almaniya, Hollandiya kimi ölkələrdə bu göstərici bizdən bir neçə dəfə artıqdır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 noyabr — Sputnik. "Azərbaycanda heyvandarlıq mərkəzinin yaradılmasına dair ideya formalaşır. Bu ideya reallaşdığı təqdirdə heyvandarlıq sahəsində ixrac Rusiyaya və Orta Asiya ölkələrinə məhz Azərbaycandan təşkil oluna bilər. Azərbaycana ildə 5 min baş cins mal gətirilir. Orta Asiya ölkələri və Rusiya isə hər il on minlərlə baş cins heyvan idxal edir. 

Xaçmaz-Xudat-Nabran yolu istiqamətində yol kənarında qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qanunsuz heyvan kəsənlərə qarşı reydlərə başlandı
Almaniyanın böyük fermaları Azərbaycanda heyvandarlıq mərkəzini formalaşdırsa, bu zaman onlar bizim ölkəyə satdıqlarından 10 dəfə artığını sözügedən ölkələrə məhz Azərbaycandan ixrac edə bilərlər". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

Heyvandarlıq mərkəzinin yaradılması ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə heyvandarlıq mərkəzinin yaradılması çox əhəmiyyətli məsələdir: "Azərbaycan və Orta Asiya ölkələrində heyvandarlıq sahəsində əsasən ekstensiv metodlardan istifadə edilir, yəni heyvanların sayı çoxdur, amma məhsuldarlıq (ət, süd və yun) azdır. Heyvandarlıq mərkəzinin yaradılması ona görə önəmlidir ki, intensiv heyvandarlığa keçid olsun. Bu addım atılsa, həm yeni iş yerlərinin açılması, həm də ölkəmizin bu mərkəzdən faydalanması baxımından əhəmiyyətlidir".

O bildirib ki, rayonlarımızın əksəriyyətində bir heyvandan 150 kiloqram təmiz ət alınırsa, bu, böyük göstərici sayılır: "Amma Almaniya, Hollandiya kimi ölkələrdə bu göstərici bizdən bir neçə dəfə artıqdır. Ona görə də, bu ölkələrdən heyvanların Azərbaycana gətirilməsi, iqlim şəraitinə uyğunlaşdırılması əhəmiyyətli məsələdir. Azərbaycanda heyvandarlıq mərkəzi yaradılsa, ölkədə heyvan cinslərinin yaxşılaşması baxımından faydası olacaq və ixracat gəlirlərinin artmasına da dəstək verə bilər".

"Almaniyada heyvandarlıq güclü inkişaf edib və məhsuldarlıq yüksəkdir. Bu ölkənin təcrübəsindən istifadə etmək zəruridir. Bu sahədə elmi-tədqiqat işləri də gücləndirilməlidir", – deyə ekspert əlavə edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında, burada böyük perspektiv görmədiyini deyib: "Bu, kifayət qədər mürəkkəb bir məsələdir. Məsələn, Rusiyada heyvandarlığın məhsuldarlığı, süd məhsullarının istehsalı ilə bağlı potensial, real imkanlar dəfələrlə Azərbaycandan çoxdur. Yenə dövlətin böyük həcmli investisiyaları hesabına bunu reallaşdırsaq, faktiki olaraq biz iqtisadi səmərəliliyin aşağı olması kimi hallar ilə rastlaşa bilərik. Dövlətin investisiyaları əsasən infrastruktura, biznesin həyata keçirilməsi üçün şəraitin yaradılmasına yönəlməlidir".

Cəfərov Musa Cavad oğluna məxsus avtomobili - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bölgəmizdə satış məqsədi ilə daşınan ölü heyvan aşkarlanıb

O bildirib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqının üzvü deyil: "Alman investora öz investisiyasını Avrasiya İqtisadi İttifaqına daxil olan bir ölkədə yerləşdirməsi daha rahat deyilmi? Yəni investisiyanı İttifaqa daxil olan bir ölkədə yerləşdirməklə bütövlükdə bazara çıxışı təmin etsin. Hesab edirəm ki, hazırki şəraitdə bu məsələnin qaldırılması hələ tezdir".

Qeyd edək ki, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə onu da deyib ki, Azərbaycanın MDB dövlətləri ilə xüsusi ticarət şərtləri mövcuddur: "Bu yaxınlarda Orta Asiya respublikaları xüsusi cins damazlıq proqramlarını bəyan ediblər ki, onlar bu proqramlar çərçivəsində yüz minlərlə cins mal idxal edəcəklər".

Xəbər lenti
0