Ticarət mərkəzində azıb susuzluqdan öldü

© Flickr / Hernán ZagordoМужчины, спускающиеся по лестнице
Мужчины, спускающиеся по лестнице - Sputnik Azərbaycan
Abunə olmaq
Qor itdikdən sonra arvadı ilə qızı dərhal polisə müraciət ediblər. Polislər isə müraciət daxil olandan üç gün sonra ticarət mərkəzinə baxış keçirib, heç nə tapmayıblar

BAKI, 5 noyabr — Sputnik. Avstraliyada koroner məhkəməsi ticarət mərkəzində azmış yaşlı kişinin ölüm şəraitini araşdırıb.

Sputnik Azərbaycan bildirir ki, məlumatı The Guardian yayıb.

Bildirilir ki, hadisə 2017-ci ilin əvvəlində, 71 yaşlı Bernard Qor və arvadı Angela Sidneydə yaşayan qızlarıgilə qonaq gəldikdən sonra baş verib. Kişi əvvəlcədən vədləşdiyi qohumları görüş yerinə gələnədək ticarət mərkəzində gəzişməyi qərara alıb. Dördüncü mərtəbədəki yanğın çıxışı onun diqqətini cəlb edib. O, həmin çıxışla irəliləyib, arxasınca qapı bağlandığından geri qayıda bilməyib. 

​Qorun olduğu yanğın təhlükəsizliyi pilləkəninin yeganə açıq çıxış yolu birinci mərtəbədə yerləşir. Yəni oradan çıxmaq üçün dörd mərtəbə düşmək və dəhlizi keçmək gərəkdir. Qor demensiyanın yüngül formasından əziyyət çəkdiyindən düzgün yolu tapa bilməyib. Ekspertlər hesab edirlər ki, qapalı yerdə susuz vəziyyətdə Qor cəmi üç gün yaşaya bilərdi. Onun meyitini isə pilləkəndə üç həftədən sonra təsadüfən aşkarlayıblar.

Qor itdikdən sonra arvadı ilə qızı dərhal polisə müraciət ediblər. Polislər isə müraciət daxil olandan üç gün sonra ticarət mərkəzinə baxış keçirib, heç nə tapmayıblar. Onlar xidməti otaqlara, yanğın çıxışlarına baxmayıblar, heç müşahidə kameralarını da izləməyiblər, halbuki kameralardan biri Qorun yanğın çıxışına aparan qapını açdığı anı çəkibmiş.

Xəbər lenti
0