Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 5 noyabr — Sputnik. Azərbaycanlı müğənni Rəqsanə İsmayılovanın əri onun üçün Moskvada amerikalı ulduz Cenifer Lopesin evinin eyni olan villa tikdirib.
Rəqsanə İsmayılova özü Sputnik Azərbaycan-a bildirib ki, belə bir evinin olmasını çoxdan arzulayıb və əri onun arzusunu yerinə yetirmək qərarına gəlib. Villa artıq tikilib, qalıb təmir işlərini görmək.
Burada müğənninin rahatlığı üçün hər cür şərait yaradılıb: səsyazma studiyası, trenajor zalı və digər şeylər.
"Mən çoxdan belə bir ev arzulamışam. Hər şeyin əlimin altında olması mənim üçün vacibdir. Yaxın vaxtlarda ev tamamilə hazır olacaq", - deyə İsmayılova bildirib.
Hələlik müğənninin evi təmirdədir, biz isə Cenifer Lopesin evini diqqətinizə çatdırırıq.
Rəqsanə İsmayılova hazırda əsasən Moskva və Türkiyədə yaşayır, toy mərasimlərində və digər tədbirlərdə çıxış edir. Eyni zamanda anasının izi ilə getmək qərarına gələn böyük qızı Aysuna dəstək verir.
Müğənninin iki qızı Azərbaycanda qohumlarının yanında yaşayır. Hazırkı ərindən Rəqsanə əkiz uşaq dünyaya gətirib.