Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

İnad və bacarığın nəticəsi - Mingəçevirli "Miçurin" mümkün olmayanı edib

Abunə olmaq
64 yaşlı bağban Vəli Qaçayev Mingəçevirdə bir ilkə imza atıb. O, hətta Gürcüstan və Lənkərandan gətirilən sitrus meyvələrindən daha dadlı, lətli və nazikqabıqlı məhsul yetişdirə bilib.

Deyirlər Azərbaycanda sitrus meyvələri yalnız cənub bölgəsində bitir, onları aran zonada yetişdirmək mümkün deyil. Amma Mingəçevir sakini Vəli Qaçayev illərin zəhməti və qayğısı ilə bunun əksini sübut etməyə müvəffəq olub.

Hindistan narı Qəbələdə – qeyri-adi meyvə Azərbaycanda necə yetişdirilir  - Sputnik Azərbaycan
VİDEO
Hindistan narı Qəbələdə – qeyri-adi meyvə Azərbaycanda necə yetişdirilir

Maraqlısı odur ki, Qaçayev bağçılıqla həvəskar kimi məşğul olmağa başlayıb, amma 20 il ərzində bu iş hobbidən daha artıq bir məşğuliyyətə çevrilib. Həyətyanı sahəsi olduqca balaca olsa da, hal-hazırda bağban naringi, portağal, feyxoa və limon yetişdirir. Həm də necə yetişdirir!

“Məhsuldarlıq yüksəkdir. Halbuki köhnə bağbanlar Mingəçevirdə bu meyvələrin bitməyəcəyini deyirdilər”, - deyə Qaçayev bizimlə bölüşüb.

Amma həmişə belə olmayıb. İlk illər daha təcrübəsiz olduğu üçün ağaclar quruyub, məhsuldarlıq olmayıb. Amma davamlı zəhmət, böyük həvəs və qayğı nəticəsində 5 ildən sonra əzmkar işinin məhsulunu görməyə başlayıb. Artıq 15 ildir bağban hər sitrus ağacından 100 kiloqrama qədər məhsul alır.

Onun bağında meyvələr cənub zonasındakı analoqlarından haradasa 10-15 gün tez yetişir. Bundan başqa, ağaclarına kimyəvi gübrə vurmayan həvəskar bağban özü üçün sadiq müştəri şəbəkəsi də qura bilib. Səbəblərdən biri də, onun yetişdirdiyi sitrus meyvələrinin qabığının daha nazik, içinin daha dadlı və lətli olmasıdır.

Qaçayevin növbəti layihəsi banan bitkisini Mingəçevir iqliminə uyğunlaşdırmaq olacaq. Bu cür əzmkarlığın göz şahidi olduqdan sonra, onun buna da müvəffəq olacağına heç bir şübhəmiz yoxdur.

Xəbər lenti
0