Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Vasmoy"un qarşısında qəzada xəsarət alanlardan xəbər var

© Sputnik / Irade JELILQəza baş verən ərazidə təcili tibbi yardım avtomobili
Qəza baş verən ərazidə təcili tibbi yardım avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Bir qadın burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə, digər 7 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

BAKI, 5 noyabr — Sputnik. Bakжnın Nizami rayonu, 8-ci kilometr ("Vasmoy") bazarının yanında, iki marşrut avtobusunun toqquşması barədə Təcili Tibbi Yardıma məlumat daxil olub. Sputnik Azərbaycan-ın Səhiyyə Nazirliyinə istinadən xəbərinə görə, hadisə yerinə 5 briqada yollanıb.

Ümumilikdə 8 nəfər hospitalizasiya olunub. Onlardan 4-ü kişi, 4-ü qadındır. 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə, digər 7 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, qəza ilə əlaqədar xəstəxanaya çatdırılanlara lazımı tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıblar. Kliniki Tibbi Mərkəzə çatdırılan 21 yaşlı qız da göstərilən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.

Xəbər lenti
0