BAKI, 5 noyabr — Sputnik. Türkiyə bu yaxınlarda məhv edilmiş İŞİD başçısı Əbu Bəkr əl-Bağdadinin bacısı Rəsmiyə Avadı ələ keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Rabitə İdarəsinin sədri Fəxrəddin Altun təsdiqləyib.
— Fahrettin Altun (@fahrettinaltun) November 4, 2019
"Əl-Bağdadinin bacısının həbsi terrorçular əleyhinə apardığımız əməliyyatların növbəti uğurudur", - Altun "Twitter" paylaşımında deyib.
Xatırladaq ki, noyabrın 3-də ABŞ Prezidenti Donald Tramp Suriyanın İdlib əyalətində keçirilmiş əməliyyatda Əbu Bəkr əl-Bağdadinin məhv edildiyini bəyan edib.