BAKI, 4 noyabr — Sputnik. Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə baş mütəxəssisi vəzifəsinə təyinat olub.
Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyev bununla bağlı müvafiq əmr imzalayıb.
© Facebook / Dr Rəşad ŞolanTibb üzrə fəlsəfə doktoru Rəşad Şolan
Tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan
Əmrə əsasən, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) Böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə baş mütəxəssisi təyin edilib.