CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Haradan haraya: Şah fərmanı ilə tikilən altı yüz yaşlı karvansara necə tövləyə çevrildi

© Sputnik / Irade JELILŞah fərmanı ilə tikilən altı yüz yaşlı karvansara
Şah fərmanı ilə tikilən altı yüz yaşlı karvansara - Sputnik Azərbaycan
Abunə olmaq
Şirvanşah I Xəlilullahın dövründə - 1439-1440-cı illərdə inşa edilən bina baxımsız qalıb və bərpaya ehtiyacı var. Köklü şəkildə təmir edilməsə, tariximizin daha bir abidəsini itirə bilərik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 noyabr — Sputnik. Səngəçalda tariximizin bir parçası olan qədim bina baxımsız vəziyyətdədir. Təxminən 600 il yaşı olan bina bu gün gözdən, könüldən iraq qalıb. Vaxtilə “İpək yolu”nun üstündə yerləşən və böyük əhəmiyyət daşıyan bina bu gün tövləyə çevrilib.

© Sputnik / Irade JELILSəngəçal sakinləri deyir ki, 10-15 il əvvələ kimi karvansara restoran kimi fəaliyyət göstərib.
Haradan haraya: Şah fərmanı ilə tikilən altı yüz yaşlı karvansara necə tövləyə çevrildi - Sputnik Azərbaycan
Səngəçal sakinləri deyir ki, 10-15 il əvvələ kimi karvansara restoran kimi fəaliyyət göstərib.

Səngəçal karvansarası Bakıdan o qədər də uzaq deyil. Karvansara Bakı-Salyan yolunun 45 kilometrliyində yerləşir. Böyük tarixə malik olan tikili uzun müddətdir ki, baxımsız vəziyyətdədir.

Karvansaranın qapıları, tavanı, divarları deformasiyaya uğrayıb. Zamanında karvansara ticarət yollarında tikilib və orta əsrlərdə çox mühüm rol oynayıb. Səngəçal sakinləri deyir ki, 10-15 il əvvələ kimi karvansara restoran kimi fəaliyyət göstərib. Sonradan restoranın fəaliyyəti dayandırılıb. Karvansara restoran kimi fəaliyyət göstərdiyi zamanlar tarixi tikili bu qədər aşınmaya məruz qalmayıbmış. Oradan obyekt kimi istifadə edənlər tarixi əhəmiyyətli binaya dəyişikliklər etsələr də, öz imkanları daxilində baxırmışlar. Restoran fəaliyyətini dayandırdıqdan sonra isə bina tam baxımsız vəziyyətə düşüb. Bu gün karvansaranın qapıları çürüyüb, dağılıb, həyətini ot basıb. Ətrafda olan su ovdanlar çirkab suları ilə dolub.

© Sputnik / Irade JELILƏtrafda olan su ovdanlar çirkab suları ilə dolub
Haradan haraya: Şah fərmanı ilə tikilən altı yüz yaşlı karvansara necə tövləyə çevrildi - Sputnik Azərbaycan
Ətrafda olan su ovdanlar çirkab suları ilə dolub

Deyilənə görə, XIX əsrdə karvan yollarının əhəmiyyətini itirilməsi ilə karvansara da fəaliyyətini dayandırıb.

Tədqiqatçı Faiq Nəsibovun Sputnik Azərbaycan-a dediyinə görə, tikili ikimərtəbəli dördbucaqlı formada inşa edilib. Yüksək keyfiyyətlə aparılmış inşada yerli mişar daşından istifadə edilib. Binanın pəncərələri, dekor elementləri, qalın divarları, tikili quruluşu onu bir istehkama bənzədir: "Açıq tipli karvansara olduğu üçün ortasında hovuzu olan üstüaçıq həyəti var. Karvansaranın daxili düzülüşü tam şəkildə simmetrikdir. Həyət təcrid olunmuş otaqlarla əhatə olunub. Otaqların bir hissəsi tacirlər üçün nəzərdə tutulubmuş, digərlərində isə heyvanlar, mallar saxlanılıb".

© Sputnik / Irade JELILKarvansaranın qapıları, tavanı, divarları deformasiyaya uğrayıb
Haradan haraya: Şah fərmanı ilə tikilən altı yüz yaşlı karvansara necə tövləyə çevrildi - Sputnik Azərbaycan
Karvansaranın qapıları, tavanı, divarları deformasiyaya uğrayıb

F.Nəsibov əlavə edir ki, əsas fasadın mərkəzi hissəsində tağlı girişin üstündə üç kiçik otaq olub. Balaxanı adlanan bu otaqlar böyük ehtimalla karvansaranın ən hörmətli insanları üçün nəzərdə tutulub. Karavansaraya girişdən dərhal sonra sağda və solda otaqlara və ümumiyyətlə ikinci mərtəbəyə çıxmaq üçün daş pilləkənlər hörülüb.

Qeyd edək ki, binanın tikilmə tarixini şimal divarında olan kitabədən öyrənmək olar. Kitabədəki ərəb yazısında deyilir: "Böyük Sultan Xəlilullah, (Allah) onun hakimiyyətini uzatsın, bu binanı (imarəti) inşa etməyi əmr etdi, səkkiz yüz qırx üçüncü (il)".

© Sputnik / Irade JELILAçıq tipli karvansara olduğu üçün ortasında hovuzu olan üstüaçıq həyəti var.
Haradan haraya: Şah fərmanı ilə tikilən altı yüz yaşlı karvansara necə tövləyə çevrildi - Sputnik Azərbaycan
Açıq tipli karvansara olduğu üçün ortasında hovuzu olan üstüaçıq həyəti var.

Beləliklə, qədim yazıdan karavansaranın Şirvanşah I Xəlilullahın dövründə - 1439-1440-cı illərdə inşa edilməsi məlum olur.

Faiq Nəsibov əlavə edib ki, o dövrlərdə karvanların təhlükəsizliyini təmin etməklə yanaşı, onları içməli su ilə təmin etmək məsələsi də çox əhəmiyyətli olub. Buna görə də, karvansaraların tikildiyi yerin su mənbəsinə yaxın olması vacib şərtlərdən biri sayılırmış: "Səngəçal karvansarasının su təminatı şərq fasadına yaxın olan iki ovdan vasitəsilə həyata keçirilirmiş. Bu ovdanlar ərazidə olan ən qədim ovdanlar sayılır. Tağvari girişi olan ovdanlar yeraltı bulaq sularının toplanması və saxlanması üçün qurulubmuş. XIX əsrin birinci yarısında buraya gələn rus səyyahı İ.N. Berezin Səngəçal karvansarasını "təmiz suyu olan yeganə yer" kimi göstərib. Bunu başqa səyyahlar da (I. Lerkh, B. Dorn və s.) qeyd ediblər".

© Sputnik / Irade JELILKarvansara Bakı-Salyan yolunun 45 kilometrliyində yerləşir
Haradan haraya: Şah fərmanı ilə tikilən altı yüz yaşlı karvansara necə tövləyə çevrildi - Sputnik Azərbaycan
Karvansara Bakı-Salyan yolunun 45 kilometrliyində yerləşir

Karvansarada divar yazılarından bəlli olur ki, burada XIX əsrdə rus əsgərləri məskunlaşıb.

"Səngəçal karvansarası dəfələrlə təmirə və yenidənqurmaya məruz qalıb. XX əsrin 90-cı illərində karvansaranın ərazisində restoran təşkil edilib. Bu zaman binada qeyri-qanuni daxili və xarici dəyişikliklər olunub. Tövlələr və hücrələr, bəzi otaqlar mətbəx və kafe otaqlarına çevrilib, həyət örtüklərlə döşənib, fasadda kafenin adı olan plitələr quraşdırılıb və s. Düzdür, sonradan dövlət qurumları tərəfindən tikintinin qarşısı alınsa da, nəticələr hələ də qalmaqdadır", – deyə tədqiqatçı bildirir.

© Sputnik / Irade JELILKarvansara Bakı-Salyan yolunun 45 kilometrliyində yerləşir
Haradan haraya: Şah fərmanı ilə tikilən altı yüz yaşlı karvansara necə tövləyə çevrildi - Sputnik Azərbaycan
Karvansara Bakı-Salyan yolunun 45 kilometrliyində yerləşir

Dövlət tərəfindən 170 saylı inventarla qorunmasına baxmayaraq hal-hazırda yerli çobanlar binadan tövlə kimi istifadə edirlər və qədim abidə periodik olaraq dağıntılara məruz qalır. Karvansara baxımsız qalıb və bərpaya ehtiyacı var. Faiq Nəsibov da qeyd edir ki, köklü şəkildə təmir edilməsə, tariximizin daha bir abidəsini itirə bilərik.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Sputnik Azərbaycan-a bildirib ki, karvansara Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilib: "Unikal tarixi abidə olan bu karvansara da Dövlət Xidmətinin nəzarətindədir. Əməkdaşlarımız tərəfindən abidəyə mütəmadi olaraq baxış keçirilir. Qarşıdakı illərdə abidə təmir-bərpa olunması üçün investisiya proqramına daxil edilib".

Xəbər lenti
0