BAKI, 4 noyabr — Sputnik. Fransalı alimlər dünyada canlı orqanizmlərin olmadığı yeri aşkar ediblər.
Bununla bağlı araşdırma “Nature Ecology & Evolution” jurnalında nəşr olunub.
Alimlər Efiopiyanın Dallol vadisində heç bir bakteriyanın olmadığını müəyyən ediblər.
Tədqiqatçılar bu vadidəki suyun tərkibinin isti, turşu (pH ~ 0), həmçinin çox miqdarda maqneziumdan ibarət olan şoran məhluldan ibarət olduğunu öyrəniblər.
Alimlərin qeyd edir ki, suyun belə bir tərkibi canlı hüceyrələrin məhv olmasına səbəb olur.