BAKI, 4 noyabr — Sputnik. Türkiyənin İstanbul şəhərində 44, Tekirdağda isə 22 nəfər ispanaqdan zəhərlənib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda xəstəxanaya aparılan 44 nəfərdən 25-i evə buraxılsa da, 19 nəfər hələ də nəzarət altındadır. Tekirdağda baş verən zəhərlənmə haqqında məlumat verilmir.
Araşdırma zamanı müəyyən olunub ki, zəhərlənməyə səbəb ispanaqlara qarışan "badımcankimilər" fəsiləsinə aid atropine və skopalamin bitkiləri olub.
İstanbul Səhiyyə İdarəsinin məlumatına görə, xəstəxanalara zəhərlənmə ilə müraciət edən şəxslərin həyatı üçün heç bir təhlükə qeydə alınmayıb.
Həmçinin qeyd edilib ki, ispanaq istifadə edən zaman, o yaxşı təmizlənməli və bol suda yuyulmalıdır.