CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan turizmi rekordu hədəfləyir

© Sputnik / Murad OrujovТуристы в Ичери Шехер
Туристы в Ичери Шехер - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycana daha çox turist Rusiya, Gürcüstan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı, eləcə də MDB ölkələrindən gəlib

BAKI, 4 noyabr — Sputnik. 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı təxminən 2 milyon 679 min nəfər olub. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Turizm Agentliytindən məlumat verilib.

Moskva, arxiv şəkli - Sputnik Azərbaycan
Rusiya paytaxtı ən populyar dini turizm şəhəri siyahısında

Xəbərdə bildirilir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz çoxdur. Ən çox artım oktyabrda qeydə alınıb. Belə ki, ötən ilin oktyabrı ilə müqayisədə bu ilin eyni ayında ölkəyə gələn turistlərin sayı 25 faiz çox olub. Azərbaycana daha çox turist Rusiya, Gürcüstan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı, eləcə də MDB ölkələrindən gəlib.

Bu il Avropa ölkələrindən gələn turistlərin sayında da artım qeydə alınıb. Artım olan ölkələr sırasında Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransa var. Yaxın Şərq ölkələrinin bəzilərindən azalma qeydə alınıb. Lakin buna baxmayaraq, Səudiyyə Ərəbistanı və İraqdan gələn turistlərin sayı artıb.

Dövlət Turizm Agentliyindən bildirirlər ki, hətta sözügedən ölkələr ilk iyirmiliyə daxil olub: "Artıq payız-qış turizm mövsümünə start verilib. Yay mövsümündə olduğu kimi yeni mövsümdə də artım tendensiyası gözlənilir”.

Xəbər lenti
0