Səksən min nəfər bir ağızdan "Türkiyə" deyərək hayqırdı - Amma başqa ölkədə

© Twitter / TRACTOR FCTraktor Sazi futbol klubunun azarkeşləri, arxiv şəkli
Traktor Sazi futbol klubunun azarkeşləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bir neçə həftə öncə klubun futbolçularından biri Türkiyə millisinin futbolçuları kimi hərbi salam verdiyinə görə cəzalandırılıb.

BAKI, 2 noyabr — Sputnik. İran futbol liqasında mübarizə aparan Təbrizin "Traktor Sazi" klubunun son oyununda 80 min azarkeş bir ağızdan "Türkiyə" deyərək hayqırıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bununla da klub tarixi addıma imza atıb.

Belə bir addımın atılmasında məqsəd həm də bir neçə həftə öncə baş verən olaylara etiraz sərgiləmək olub. Belə ki, bir neçə həftə öncə klubun futbolçularından biri Türkiyə millisinin futbolçuları kimi hərbi salam verdiyinə görə cəzalandırılıb. Buna cavab olaraq isə son futbol oyununda 80 min azarkeş hərbi salam verməklə baş verənlərə etirazını bildirmiş olublar. Bununla onlar Türkiyənin "Barış Pınarı"  hərəkatına dəstək verdiklərini bildiriblər.

Oyun başlamazdan öncə meydana Türkiyə bayrağı ilə keçmək istəyənlər arasında həbs olunanlar da var. Məlumata görə, 6 nəfər həbs olunub.

Xəbər lenti
0