Xəzər yerindən oynayıb, dalğanın hündürlüyü 7 metrə çatıb

© Sputnik / Ольга Головко / Mediabanka keçidГорожане фотографируют на побережье Каспийского моря
Горожане фотографируют на побережье Каспийского моря - Sputnik Azərbaycan
Abunə olmaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, kəskin hava şəraiti noyabrın 3-dən

BAKI, 2 noyabr - Sputnik. Xəzər dənizində dalğaların hündürlüyü 7 metrə çatıb.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadla xəbər verir ki, şimal-qərb küləyi arabir Bakıda 35 m/s, Sumqayıt və Pirallahıda 34 m/s, Neft daşlarında 31 m/s-dək güclənib. Dənizdə dalğanın hündürlüyü 7 metr olub.

Sumqayıt, Bakı, Binə, Maştağa, Zabrat, Pirallahı, Naxçıvan, Ordubad, İsmayıllı, Mərəzə, Altıağac, Xaçmaz, Quba, Qusar, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Biləsuvar, Lənkaran, Neftçala, Şabran, Nabranda yağış, Xaltan, Qırız, Xınalıq və Şahdağda qar yağıb.

Bu gün paytaxtda və ölkənin ayrı-ayrı ərazilərində güclü külək və yağıntı müşahidə edilib. Havanın temperaturu xeyli aşağı enib.

Departamentdən bildirildiyinə görə, qeydə alınan qeyri-sabit, yağıntılı hava şəraitinin noyabrın 4-ü gündüzədək davam edəcəyi, güclü şimal -qərb küləyinin ayın 3-ü səhər saatlarından tədricən mülayimləşəcəyi gözlənilir.

Xəbər lenti
0