BAKI, 2 noyabr — Sputnik. Noyabrın 03-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumatına istinadla xəbər verir ki, güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-13° isti olacaq,Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70%olacaq.
Tibbi-meteoroloji proqnoza görə, noyabrın 3-ü səhərədək Abşeron yarımadasında yağışlı, küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 14-19° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-11° isti, təşkil edəcək.