“İqtisadi inkişafın sürətləndirilməsi, iqtisadi artım templərinin xüsusilə qeyri-neft sektorunda sürətləndirilməsi, kiçik və orta biznes üçün şəraitin daim təkmilləşdirilməsi, azad rəqabət mühitinin təmin edilməsi kimi vəzifələr və hədəflər qarşımızda durur”. Bunları Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bu posta təyin olunduqdan sonra AzTV-yə verdiyi ilk müsahibədə deyib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, biz kölgə iqtisadiyyatı ilə mübarizədə son aylar ciddi addımlar atılıb:
“Gömrük sistemində görülən işlər “kölgə” iqtisadiyyatının çəkisinin azalmasına səbəb olub. Biz rəqəmlərdən görürük ki, müsbət dinamika müşahidə edilir. Sosial ödənişlərlə bağlı seqmentin də Vergilər nazirliyi sisteminə cəlb edilməsi yığımların optimallaşdırılması və maliyyə resurslarının mərkəzləşməsi baxımından daha optimal bir formatın tapılması haqqında fikir söyləməyə əsas verir. Ölkə iqtisadiyyatında inhisarçılıq edən iri şirkətlərin fəaliyyətində kölgə iqtisadiyyatına xas olan məqamlar aradan qaldırılmalıdır. “Kölgə” iqtisadiyyatı ilə mübarizə ölkə iqtisadiyyatına milyardlarla ölçülən əlavə daxilolmalarla nəticələnə bilər”.
Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz