Rahim Muradov, Sputnik Azərbaycan
BAKI, 2 noyabr – Sputnik. Bu gün günorta saatlarında Lənkəran şəhəri ərazisində güclü külək əsməyə başlayıb. Sputnik Azərbaycan-ın məlumatına əsasən, güclü külək əsməsi fəsadsız ötüşməyib.
Belə ki, Lənkəran Şəhəri Z.Əliyeva küçəsi 78 bina 18-in qarşısında 30 illik hündür çinar ağacı aşaraq 2 elektrik dirəyini sındırıb. Nəticədə Z.Əliyeva küçəsində yerləşən 18, 19, 22 və 23 saylı binalar elektrik enerjisiz qalıb.
Məlumat üçün bildirək ki, sözügedən binalarda 270 ailə yaşayır.
© Sputnik / Rahim MuradovLənkəranda küləyin fəsadları
1/3
© Sputnik / Rahim Muradov
Lənkəranda küləyin fəsadları
© Sputnik / Rahim MuradovLənkəranda küləyin fəsadları
2/3
© Sputnik / Rahim Muradov
Lənkəranda küləyin fəsadları
© Sputnik / Rahim MuradovLənkəranda küləyin fəsadları
3/3
© Sputnik / Rahim Muradov
Lənkəranda küləyin fəsadları
1/3
© Sputnik / Rahim Muradov
Lənkəranda küləyin fəsadları
2/3
© Sputnik / Rahim Muradov
Lənkəranda küləyin fəsadları
3/3
© Sputnik / Rahim Muradov
Lənkəranda küləyin fəsadları
Ərazidə müvafiq qurumların əməkdaşları fəsadların aradan qaldırılması işləri ilə məşğuldurlar və axşam saatlarına kimi elektrik enerjisinin bərpa olunacağı gözlənilir.
Qeyd edək ki, hazırda Lənkəran ərazisində güclü külək davam etməkdədir.