Bakı şəhəri UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Mədəniyyət və Xarici İşlər nazirliklərinin, Azərbaycan Respublikasının UNESKO yanındakı daimi nümayəndəliyinin səyləri nəticəsində Bakı şəhəri şəbəkənin “dizayn” tematikası üzrə siyahıya salınıb.
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, bu hadisə Azərbaycanın UNESCO ilə uzun müddətli əməkdaşlığının davamıdır:
“Bakının bu siyahıya daxil edilməsi, onun inkişafının çoxşaxəli olduğunu göstərir. Bakı kiçik şəhər deyil və belə şəhərlərin infrastrukturunu qoruyub inkişaf etdirmək çətin olur. Paytaxtımızın UNESCO siyahısına salınması bizim xeyirimizədir. Bu həm turist potensialının artırılması, həm də digər sahələrdə öz töhfəsini verəcək”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz