Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

SOCAR da faciə baş verməməsi üçün tədbir görür

© pixabay / Roberto BarresiGüclü külək, sahilə çırpılan dalğalar
Güclü külək, sahilə çırpılan dalğalar - Sputnik Azərbaycan
Abunə olmaq
SOCAR: Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə 150-dən çox neftçi təxliyyə ediləcək

BAKI, 2 noyabr - Sputnik. Bu gün hava şəraitinin kəskinləşməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.

Bu barədə Sputnik Azərbaycan-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsindən məlumat verilib.

Məlumata görə, hazırda 150-dən çox əməkdaş sahilə çıxarılıb, bəzi sahələrdən işçilərin təxliyyəsi davam edir və yaxın zamanda tamamlanacaq: “Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı açıq hava şəraitində işlər məhdudlaşdırılıb, qurğular təhlükəsiz vəziyyətə gətirilib”.

Həmçinin bildirilir ki, mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, vəziyyət daimi nəzarət altındadır.

Xəbər lenti
0