BAKI, 1 noyabr — Sputnik. Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səlahiyyətli səfiri Həsən Məmmədzadə bu dəfə fərqli sahədə özünü sınayıb.
Sputnik Azərbaycan xəbər verir ki, diplomat aşpaz geyimində dadlı təamlar hazırlayıb. Bu barədə H.Məmmədzadə sosial şəbəkədə paylaşım edib. "Diplomat hər formada və şəraitdə ölkəsini təmsil etməlidir. Qonaqları öz iqamətgahında qəbul etdiyin zaman bəzən aşpazlıq da etməli olursan", - söyləyən H.Məmmədzadə Azərbaycan mətbəxinin nümunələrini 60-dan çox diplomatik korpusun nümayəndələrinə və yerli jurnalistlərə təqdim edib. Onun bu addımı sosial şəbəkədə müsbət qarşılanıb.
Qeyd edək ki, Həsən Məmmədzadə 2012 – 2017-ci illərdə Litvada, 2017-ci ildən isə Tacikistanda Azərbaycan Respublikasının səlahiyyətli səfiri kimi fəaliyyət göstərir.