BAKI, 1 noyabr — Sputnik. Nigeriya polisi Laqos ştatında kilsədə zəncirlənmiş 15 nəfəri azad edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
Polis, həmçinin özünü keşiş elan edən şəxsi və kilsənin 10 işçisini saxlayıb. "Ayağından zəncirlənən 15 nəfər xilas edilib. Bəzi qurbanlar həbsxanada ən azı 5 il olub" - deyə ştatın nümayəndəsi Bala Elkana bildirib.
O, əlavə edib ki, qurbanlar 19-50 yaşlarında olublar.