Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 1 noyabr — Sputnik. Quba rayonuna qar yağıb. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, qar gecə saatlarında Qubanın Xınalıq və Qrız kəndlərinə yağıb. Qarın hündürlüyü 2-3 sm-ə qədər təşkil edir.
Xınalıq kənd sakini Yusif Şabanovun sözlərinə görə,hal-hazırda qar daha da güclənib. Kəndə çökən duman mal-qoyunun örüşə çıxmasına maneə törədib. Kənd sakinlərinin sözlərinə görə, qarla yanaşı, belə dumanlı havanın olması vəhşi heyvanlardan ayının, canavarın qoyun sürülərinə tez-tez hücum etməsinə səbəb olur. Bu səbəbdən onlar qoyun-mal sürülərini tövlələrdə saxlamağa məcbur olurlar.