BAKI, 1 noyabr — Sputnik. Havanın arterial təzyiqə təsir etməsi sübut olunmayıb.
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Hidrometeoloji Mərkəzinin elmi rəhbəri Roman Vilfand bildirib.
"Ciddi jurnallarda nadir hallarda dəyişkən havanın hipotonik və hipertoniklərə təsirinin sübut edən məqalələr, araşdırmalar dərc olunur. Lakin məişətdə bu cür fikirlər yayılıb. Hələlik havanın insana təsirinə dair bir fakt təsdiqlənib: temperatur çox aşağıdır, davamlı olaraq yağış yağır və külək əsir. Bu halda insanlar soyuqlayırlar. Bundan başqa hələlik havanın insana təsirinə dair fakt yoxdur”, - Vilfand qeyd edib.
Vilfand əlavə edib ki, havanın insanların sağlamlığına təsiri ilə iqlim dəyişkənliyinin təsirini ayırmaq lazımdır.