Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Xəstəxanalarımız fin üsuluna keçəndən sonra müalicəyə daha az pul xərcləyəcəksiz

© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidTibb bacısı. Arxiv şəkli
Tibb bacısı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın səhiyyə sistemi bu gündən etibarən fin klinik protokollarının tətbiqinə başlayır. Bundan sonra analizlər hər kəsə deyil, yalnız ehtiyacı olanlara təyin ediləcək

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 1 noyabr — Sputnik. Azərbaycanın səhiyyə sistemi bu gündən etibarən fin klinik protokollarının tətbiqinə başlayır.

Женщина с новорожденным в родильном доме, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Dəlilikdir, ya nədir: Elə şeyi dəbə mindiriblər ki, danışanda mat qalırsan

Sputnik Azərbaycan-ın məlumatına görə, bu gündən etibarən Səhiyyə naziri Oqtay Şirəliyevin Azərbaycan Respublikasında ilkin səhiyyə xidmətində çalışan həkimlərin tibbi fəaliyyətində dünyanın qabaqcıl təcrübələrinin tətbiqi və göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə verdiyi "İlkin səhiyyə xidmətində klinik protokolların tətbiqi barədə" əmrin icrasına başlanılır.

Qeyd edək ki, hələ 2018-ci ilin oktyabrında Azərbaycan Səhiyyə Nazirliyi ilə Finlandiya Tibb Cəmiyyətinin "Duodecim Medical Publications Ltd" MMC arasında Sübutlara Əsaslanan Tibbi Təlimatların (EBMG – Evidence-Based Medicine Guidelines) Azərbaycanda tərcüməsi, lokallaşdırılması və onlayn yayılması ilə bağlı müqavilə imzalanıb.

Həmin vaxt nazir nəzərdə tutulan işin icrasını Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə edib. İSİM 1000-ə yaxın beynəlxalq klinik protokolu ingiliscədən Azərbaycan dilinə tərcümə edərək azərbaycanlı həkimlərin istifadəsinə verməli idi. Bu protokollarla yanaşı, Azərbaycan həkimləri üçün sübutlara əsaslanan "Cochrane Library", "MedLine", "PubMed" beynəlxalq məlumat bazalarından 4000-dən çox elmi məqalə, 1400 tibbi şəkil və video kolleksiyası, kalkulyator və səs faylları yerləşdiriləcək.

Azərbaycanda ən bahalı əməliyyatların maliyyələşməsi ilə bağlı xoş xəbər>>

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov yeni müalicə standartlarından istifadənin respublikamıza nə verəcəyini Sputnik Azərbaycan-a şərh edib.

Больница, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Xəstələrin həyatı üçün vacib yenilik: Nazir əmr verdi, məcbur olacaq

Onun sözlərinə görə, bu, ilkin tibbi yardımın keyfiyyətini yüksəltməyə, həmçinin ikinci dərəcəli xəstəliklərin qarşısının alınmasına, ölüm və əlilliyin azalmasına kömək edəcək. Sözügedən protokollar tibbin bütün sahələrini əhatə edir. Bunlar ildə bir dəfə, iki dəfə Finlandiya Tibb Cəmiyyəti tərəfindən yenilənir. Bu da tibbin son nailiyyətlərindən asılı olaraq, azərbaycanlı həkimlərə xaricdəki həmkarları ilə ayaqlaşmağa imkan verəcək.

Bundan əlavə, Seyidov qeyd edib ki, fin standartları davamlılıq prinsiplərinə əsaslanır: "Məsələn, Balakən, Ucar və ya Bakıda həkimlər eyni müalicə taktikasını tətbiq edəcəklər. Xəstə müalicəsini Avropada və ya Bakıda başlaya və doğma rayonunda davam etdirə biləcək".

Şöbə müdirinin sözlərinə görə, Finlandiya klinik protokollarının başqa bir müsbət cəhəti lazımsız klinik prosedurların və müayinələrin azaldılması olacaq. Bu, xüsusən icbari tibbi sığortanın tətbiqi çərçivəsində pula qənaət etməyə imkan verəcək.

"Bu protokollar sığorta təbabəti və can atdığımız sağlamlığın iqtisadi modeli üçün çox vacibdir. Yəni analizlər hər kəsə deyil, yalnız ehtiyacı olanlara təyin ediləcək. Əks təqdirdə, dünyada heç bir tibbi sığorta bu həcmdə maliyyə xərclərinə tab gətirə bilməz", - deyə şöbə müdiri əlavə edib.

Qeyd etmək lazımdır ki, bu günə qədər Azərbaycan həkimləri 100-ə yaxın klinik protokoldan, habelə Azərbaycan Tibb Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmış təlimatlardan istifadə edirlər.

Milli protokollardan fərqli olaraq, fin protokolları bir həkimin ehtiyac duyduğu minimum məlumat miqdarını ehtiva edir və sığorta tibbinin tələblərinə, habelə Avropanın müalicəyə yanaşmasına tam uyğundur.

"İndiyə qədər azərbaycanlı həkimlərin beynəlxalq protokolları və elmi sənədləri öyrənmək imkanı yox idi. Yalnız rus, türk və ingilis dillərini bilənlər qonşu ölkələrin müalicə standartlarını öyrəniblər. Lakin indi Azərbaycan dilində nəhəng tibbi arayış bazası yaradılıb", - deyən Seyidov qısa müddətdə orta və üçüncü dərəcəli tibbi xidmət üçün klinik protokolların tətbiq olunacağını bəyan edib.

Xəbər lenti
0