CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mühərrikli təkərli oturacaq veriləcək – Problemləri cüzi həll olunacaq

CC0 / Donations_are_appreciated / wheelchairЭлектрическая инвалидная коляска, фото из архива
Электрическая инвалидная коляска, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Reabilitasiya vasitələri sırasına əlavə edilməsi nəzərdə tutulan vasitələrə yataq xəstələri üçün çarpayı, səs, göz, diş protezləri, "danışan kitab" və s. daxildir

 

BAKI, 1 noyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısının və əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydasının təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin qərar layihəsini hazırlayıb.

Uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan
Valideynlərin imtina etdiyi əlil uşaqların ürəkdağlayan statistikası

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, layihədə əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısına yeni 23 növ reabilitasiya vasitəsi də əlavə edilib. Belə ki, tibbi göstəriş olduğu halda əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaq (motorlu araba) verilməsi də nəzərdə tutulub. Bununla bağlı həmin şəxslərə mühərrikli təkərli oturacağın idarə edilməsi bacarıqlarına yiyələnmələri üçün Nazirlik tərəfindən əvvəlcədən təlimlər təşkil ediləcək.

Yeni layihədə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı xüsusi fərqlənməklə sağlamlıq imkanlarını itirmiş (döyüş zamanı yaralanıb ətrafını itirmiş) əlilliyi olan şəxslərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi də nəzərdə tutulur. Reabilitasiya vasitələri sırasına əlavə edilməsi nəzərdə tutulan vasitələrinə yataq xəstələri üçün çarpayı, səs, göz, diş protezləri, "danışan kitab" və s. daxildir.

Xəbər lenti
0