CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qidadan zəhərlənənlərin sayı açıqlandı

© Sputnik / Varvara Gerte / Mediabanka keçidКапельница, фото из архива
Капельница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qida zəhərlənmələri ilə bağlı Agentliyə 25 müraciət daxil olsa da, onlardan yalnız 8-i öz təsdiqini tapıb

BAKI, 1 noyabr — Sputnik. 2019-cu ilin oktyabr ayı ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 "Çağrı Mərkəzi"nə ümumilikdə 2030 müraciət daxil olub.

Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bir ailənin dörd üzvü zəhərləndi

Agentlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, daxil olan müraciətlərdən 374-ü sertifikatlaşdırma və qeydiyyat, 476-sı idxal-ixrac əməliyyatları, 180-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub. Qida zəhərlənmələri ilə bağlı Agentliyə 25 müraciət daxil olsa da, onlardan yalnız 8-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Xəbər lenti
0