BAKI, 1 noyabr — Sputnik. Ötən gün Yeni Ramana yolunda iki sərnişin avtobusunun toqquşması nəticəsində 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə 9 nəfər gətirilib. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, yaralılara lazımi tibbi yardım göstərilib: "Səhər saat 09:00 üçün xəstəxanadan verilən məlumata görə, lazımı tibbi yardım göstərildikdən sonra bütün xəstələr ambulator müalicəyə buraxılıblar".
Avtobus qəzasında yaralananların son durumu
10:38 01.11.2019 (Yenilənib: 22:35 16.11.2021)
© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
© Sputnik / Rahim Muradov
Abunə olmaq
Üç saylı Bakı Şəhər Klinik Xəstəxanasına gətirilən bütün xəsarət alanlara lazımi tibbi yardım göstərilib