CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzərin səviyyəsi 18 santimetr azalıb

© Sputnik / Olga Golovko / Mediabanka keçidСеребристые чайки на Каспийском море
Серебристые чайки на Каспийском море - Sputnik Azərbaycan
Abunə olmaq
İranın Xəzər dənizi üzrə Milli Araşdırmalar Mərkəzinin sədri Seyid Məsumə Bəni Haşimi deyib ki, Azərbaycan, Rusiya və Qazaxıstanda yağıntıların azalması Xəzərin səviyyəsinin enməsinə səbəb olub

BAKI, 31 oktyabr — Sputnik. “Yağıntıların azalması və temperaturun artması nəticəsində Xəzər dənizində suyun səviyyəsi ötən illə müqayisədə 18 santimetr azalıb”.

İlham Əliyev yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xəzər gəmini uddu, "Tufan" həyat qurtardı

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu İranın Xəzər dənizi üzrə Milli Araşdırmalar Mərkəzinin sədri Seyid Məsumə Bəni Haşimi deyib.

O bildirib ki, Azərbaycan, Rusiya və Qazaxıstanda yağıntıların azalması Xəzərin səviyyəsinin enməsinə səbəb olub.

“Habelə Xəzər dənizinə tökülən Volqa çayında suyun azalması da əsas səbəblər arasındadır”, - deyə Mərkəzin sədri vurğulayıb.

Qeyd edək ki, Xəzər dənizinə irili-xırdalı 130 çay tökülür. Onların arasında əsas yeri Volqa (80%), Kür (6%) və Ural (5%) çayları tutur.

Xəbər lenti
0