SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Donald Tramp üçün bəd xəbər var

© AP Photo / J. Scott ApplewhiteABŞ konqresinin binası
ABŞ konqresinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
İndi prosedura uyğun olaraq, impiçment məsələsinə Senatda baxılmalıdır. Prezident senatorların üçdə ikisinin səsi ilə vəzifədən kənarlaşdırıla bilər.

BAKI, 31 oktyabr - Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampa qarşı impiçment prosedurunun rəsmi olaraq başlanması barədə qətnaməni qəbul edib.

Bu barədə palatanın spikeri Nensi Pelosi məlumat verib.

İmpiçmentin keçirilmə qaydalarını təsdiq edən qətnamənin lehinə 232, əleyhinə 196 nəfər səs verib. 

Palatada çoxluq demokratların əlindədir.

İndi prosedura uyğun olaraq, impiçment məsələsinə Senatda baxılmalıdır. Prezident senatorların üçdə ikisinin səsi ilə vəzifədən kənarlaşdırıla bilər. Lakin Senatda çoxluq rspublikaçıların əlindədir. Prezident Donald Tramp da respublikaçıdır.

İmpiçmentin başlanma səbəbi Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenskiyə təzyiq cəhdidir. Tramp öz siyasi məqsədləri üçün Ukrayna hakimiyyətindən keçmiş vitse-prezident Co Baydenə və ailəsinə qarşı istintaqa nail olmaq istəyib. Co Baydenin oğlu Hanterin adı Ukraynadakı bir cinayət işində hallanır.

Bayden 2020-ci ildə prezident seçkilərində iştirak etmək niyyətindədir.

Xəbər lenti
0