CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İçərişəhərlə bağlı həyəcan təbili çalındı

© Sputnik / Murad OrujovОсобенно будоражат двери и балконы, которые не похожи один на другой
Особенно будоражат двери и балконы, которые не похожи один на другой - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov ÜST nümayəndəsinin iradında haqlı olduğunu bildirib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. İçərişəhər Bakıya gələn turistlərin ən çox üz tutduğu məkan olsa da, Bakının tarixi ərazisini siqaret dumanı bürüyüb. Bu məsələyə diqqət çəkən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Azərbaycanda tütünçəkmə ilə mübarizə sahəsində qoyulan bəzi məhdudiyyətlərə əməl edilmədiyini söyləyib. O, bildirib ki, İçərişəhər tütündən azad zona elan edilib. Amma buna əməl edilmir, insanlar kafelərdə tütün çəkməkdə davam edirlər.

Məşhur azərbaycanlı müğənni Dilarə Kazımova Hərəm mahnısına klip çəkilişi zamanı - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
İçərişəhərdəki tarixi hamamı "Hərəmxana"ya döndəriblər

Sputnik Azərbaycan ÜST rəsmisinin İçərişəhərlə bağlı səsləndirdiyi iradı araşdırıb. İçərişəhər Qoruq İdarəsinin mətbuat xidmətinin baş məsləhətçisi Səfayə Əhmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, İçərişəhər ərazisində tütün məmulatlarından istifadənin məhdudlaşdırılması bütün ölkə boyunca tətbiq edilən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunun və bu sahəni tənzimləyən digər normativ-hüquqi aktlar əsasında həyata keçirilir: "İçərişəhər" DTMQ ərazisində təbii olaraq eyni məhdudiyyətlər tətbiq edilir və onlara riayət edilməsi "İçərişəhər" DTMQ İdarəsinin müvafiq struktur qurumları tərəfindən daimi nəzarət edilir".

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov isə ÜST nümayəndəsinin iradında haqlı olduğunu bildirib. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, İçərişəhər nəinki tütün tüstüsündən, elə avtomobillərin tüstüsündən də təcili azad edilməlidir: "İçərişəhər bizə ulu babalarımızdan yadigardır. Üstəlik Bakının "göz bəbəyi" sayılır. Bakıya gələn turistlərin ilk üz tutuğu tarixi məkan elə İçərişəhərdir. Dünyada belə ənənə var ki, turistlərin daha çox ziyarət etdiyi tarixi ərazilər ekoloji baxımdan qorunur. Ona görə də, tütün tüstüsündən əvvəl, İçərişəhəri avtomobillərin tüstüsündən xilas etmək lazımdır. Bunun üçün isə, oraya avtomobillər buraxılmasına ciddi nəzarət edilməlidir. Bu gün İçərişəhərə avtomobil girişi pulludur. Bunu yığışdırmaq lazımdır. Düşünürəm ki, kənar avtomobillər İçərişəhərə daxil olmamalıdır. Bunun üçün isə ofisləri, səfirlikləri İçərişəhərdən köçürmək lazımdır. İçərişəhər tarixi abidə kimi qorunmalıdır. Bu gün ofislərə görə, İçərişəhərin kanalizasiya xətləri yüklənir. Bu müəyyən problemlərə səbəb ola bilər. İçərişəhərdə tarixi abidələri mühafizə etməklə yanaşı, biz qoruq ərazisinin ekoloji çirklənməsinin də qarşısını almalıyıq. Bu praktikadan dünyanın bir çox ölkələri bəhrələnir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlham Əliyev İçərişəhərlə bağlı qərar verdi

Qeyd edək ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun qapalı məkanlarda siqaretin çəkilməsini qadağan edir. Həmin qanuna görə, qapalı yerdə tütün çəkilməsinə görə (əgər xüsusi icazə yoxdursa) böyük məbləğdə cərimə nəzərdə tutulur. Amma bu qadağaya məhəl qoyan azdır. Halbuki İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsində (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) bununla bağlı cərimələr nəzərdə tutulub. Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə otuz manat məbləğində cərimə nəzərdə tutulub. Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə isə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər isə min manat məbləğində cərimə edilir.

Xəbər lenti
0