CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP sürücülərə xəbərdarlıq etdi

© Sputnik / Murad OrujovСотрудник дорожной полиции
Сотрудник дорожной полиции - Sputnik Azərbaycan
Abunə olmaq
Unutmayın ki, əlinizdəki təkcə sükan deyil, həm də özünüzün, doğmalarınızın və daha neçə-neçə günahsız insanın həyatıdır

BAKI, 31 oktyabr — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə vacib xəbərdarlıq edilib. İdarədən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, baş verən yol-nəqliyyat hadisələrinin təhlili hələ də sürücülər arasında yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən şəxslərə rast gəlindiyini deməyə əsas verir.

BNA: Qaydanı pozan sürücü işdən çıxarılıb, avtobus isə xətdən kənarlaşdırılıb>>

Məlumatda deyilir ki, iş və istirahət rejiminə əməl etməyən, 8-10 saat fasiləsiz nəqliyyat vasitəsi idarə etdikdən sonra günün qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində yenidən sükan arxasına əyləşən sürücü artıq potensial təhlükə mənbəyidir: "Təəssüf ki, bu kimi neqativ faktlar daha çox sərnişin və yük daşıma fəaliyyəti ilə məşğul olan sürücülər arasında müşahidə olunur ki, bu da son nəticədə ağır və bir çox hallarda bərpa olunmayan maddi-mənəvi itkilərə yol açır".

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilinizin texniki vəziyyətinə diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəməri taxılmalı və sərnişinlərin də bu vacib qaydaya əməl etmələrinə nail olunmalıdır. Yuxusuz, yorğun, əzgin halda sükan arxasına əyləşmək, səfərə çıxmazdan ən azı bir gün əvvəl alkoqollu içki qəbul etmək olmaz: "Yolboyu ötmə, manevretmə qaydalarına, sürət rejiminə əməl edin, nümunəvi sürücü davranışı nümayiş etdirməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə isə səbrli və təmkinli olun. Uzaq məsafə qət edəcəksinizsə, mütləq 3-4 saatlıq fasiləsiz hərəkətdən sonra avtomobilinizi saxlayıb qısa müddətli istirahət edin. Bunun üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərsiniz.

Hörmətli sürücülər, unutmayın ki, əlinizdəki təkcə sükan deyil, həm də özünüzün, doğmalarınızın və daha neçə-neçə günahsız insanın həyatıdır".

Xəbər lenti
0