Əl-Bağdadinin məhv edilməsi görüntüləri yayıldı

© © Islamic State Group/Al Furqan Media Network/Reuters TV via REUTERSİŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadi
İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadi - Sputnik Azərbaycan
Abunə olmaq
Pentaqon rəsmisi vurğulayıb ki, İŞİD lideri özünü daha əvvəl prezident Donald Trampın dediyi kimi 3 övladı ilə birgə yox, 2 övladı ilə birgə partladıb

BAKI, 31 oktyabr — Sputnik. Pentaqon İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin zərərsizləşdirilməsi əməliyyatına dair ilk video və fotonu yayımlayıb. 

Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
İŞİD tamamilə nəzarət altındadır – Tramp
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Videoda terrorçunun gizləndiyi ev göstərilir. Növbəti kadrlarda isə binanın insanlar tərəfindən mühasirəyə aldığı görünür.

"Burada biz Bağdadinin gizləndiyi obyekti görürük. Daha əvvəl də qeyd etdiyim kimi bu izolyasiya olunan obyekt Suriyanın şimal-qərbində, İdlib vilayətində yerləşib" - deyə jurnalistlərə açıqlamasında Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, general Kennet Makkenzi bildirib.

​General bildirib ki, videoda yaraqlıların ABŞ qüvvələrinə atəş açması da görünür.

Makkenzi əlavə, edib ki, DNA analizi zərərsizləşdirilən şəxsin əl-Bağdadi olduğunu təsdiqləyib.

Pentaqon rəsmisi vurğulayıb ki, İŞİD lideri özünü daha əvvəl prezident Donald Trampın dediyi kimi 3 övladı ilə birgə yox, 2 övladı ilə birgə partladıb.

Xəbər lenti
0