BAKI, 30 oktyabr — Sputnik. Paytaxtın avtobus parkının yenilənməsi məqsədi ilə alınan 300 ədəd avtobusu idarə edəcək sürücülərin komplektləşdirilməsi işləri davam edir.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Xəbərdə bildirilir ki, bu avtobusları idarə etmək üçün peşəkar sürücülərə ehtiyac var: ""BakuBus" MMC sürücü vəzifəsinə işə qəbul elan edir. İşə qəbul üçün "D" kateqoriyalı sürücülük vəsiqəsi və ictimai nəqliyyatda sərnişindaşıma sahəsində təcrübəsi olan sürücülər bu şirkətə müraciət edə bilərlər. Məlumat üçün qeyd edək ki, müraciət edən namizədlər üçün Sürücü Təlim Mərkəzində təlimlər keçirilir. Hazırda da davam etməkdə olan təlimlərdə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair nəzəri və praktiki təlimlər keçirilir. Praktiki təlimlər yeni alınan BMC Procity 12 metrlik CNG avtobusları cəlb edilib".