CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülərə xoş xəbər: sıxılmış qaz avadanlığı maşınlara kreditlə quraşdırılacaq

© Sputnik / Anar MustafayevДвижение транспорта на улице Рашида Бехбудова в Баку, фото из архива
Движение транспорта на улице Рашида Бехбудова в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərin bir çoxu LPG, yəni maye qazla CNG, yəni sıxılmış təbii qazı səhv salırlar. CNG maye qaz deyil, təbii qazın sıxılmış formasıdır

BAKI, 30 oktyabr — Sputnik. SOCAR petroleum təklif etdiyi çoxşaxəli xidmət sahələri siyahısına daha yeni bir xidmət növünü əlavə edib.

Bu barədə Sputnik Azərbaycan-a SOCAR-dan məlumat verilib. Belə ki, sıxılmış təbii qaz avadanlığının nəqliyyat vasitələrinə quraşdırılması sahəsində fəaliyyət göstərən CNG autogas MMC daxili kredit şərtləri ilə vətəndaşlara xidmət göstərməyə başlayıb. İlkin ödənişsiz müddəti 12 ay olan daxili kredit şərtilə CNG avadanlığının quraşdırılması artıq birinci aydan sürücülərə qənaət yaradır. Avtomobilinə

CNG avadanlığını quraşdırmaq istəyən şəxs Bakı və ya Bakıətrafı ərazilərdə qeydiyyatda olmalı, nəqliyyat vasitəsi texniki şəhadətnamə ilə öz adına olmalı və ya şəxsin notarial qaydada təsdiq edilmiş baş etibarnamə ilə sürücülük hüququ olmalıdır. Sürücülərin bir çoxu LPG, yəni maye qazla CNG, yəni sıxılmış təbii qazı səhv salırlar. CNG maye qaz deyil, təbii qazın sıxılmış formasıdır. Hazırda yeni alternativ mühərrik yanacağı sayılan sıxılmış təbii qazın satışı bu ünvalarda fəaliyyət göstərən SOCAR yanacaqdoldurma məntəqələrində həyata keçirilir.

1. Yasamal rayonu, Qanlı göl yaxınlığında

Mayə qaz daşıyan velosipedçi, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Maye qaz qıtlığı “bəhrəsini” verdi – Qiyməti bazar “tənzimləyəcək”

2. Sabunçu rayonu, Bakı Olimpiya Stadionun yaxınlığında

3. Baku-Bus sıxılmış təbii qaz terminalı

4. Bakı-Zabrat yolunun sağ tərəfində

5. Xətai rayonu, Babək prospekti keçmiş avtomobil bazarının yaxınlığında

Yaxın vaxtlarda aşağıdakı ünvanlarda daha dörd ədəd sıxılmış təbii qaz paylayıcı kompressorlar istifadəyə veriləcək. Bunlar:

1. Qala-Mərdəkan yolayrıcı

2. Bakı-Salyan şossesinin 70-ci km-ində Hacıqabul-Astara yol ayrıcı, sağ tərəf

3. Bakı-Quba yolunun 28-ci km-i, yolun sağ tərəfi

4. Xətai rayonu, Nobel prospektindədir.

Xəbər lenti
0