SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Şoyqu: "Bu, sülhün bərqərar olması üçün yeganə üsuldur"

© Sputnik / Murad OrujovRusiya Müdafiə Naziri Sergey Şoyqu Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında
Rusiya Müdafiə Naziri Sergey Şoyqu Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu gün Rusiya beynəlxalq terrorizmə qarşı mübarizədə böyük təcrübə qazanıb, biz bu təcrübəni həmkarlarımızla bölüşməyə hazırıq"

BAKI, 30 oktyabr — Sputnik. "Son hadisələr, Soçidə aparılmış danışıqlar, əldə edilmiş razılaşmalar, bizim Prezident və Türkiyə Prezidenti tərəfindən imzalanmış Memorandum çətinliklə həyata keçirilir, lakin görürük ki, bu, sülhün bərqərar olması, Suriyanın suverenliyinin qorunub saxlanması üçün yeganə üsuldur".

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu oktyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyevin MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbulu zamanı deyib.

Rusiyalı nazir eyni zamanda MDB ölkələri arasında əməkdaşlığın təsdiq edilmiş planlar üzrə inkişaf ediyini vurğulayıb:

"Burada xüsusi qeyd etmək istərdim ki, bu gün Rusiya beynəlxalq terrorizmə qarşı mübarizədə böyük təcrübə qazanıb, biz bu təcrübəni həmkarlarımızla bölüşməyə hazırıq. Bu, həm beynəlxalq terrorizmə qarşı mübarizə, həm humanitar kömək, o cümlədən minalardan təmizləmə, tibbi yardım və bir sıra başqa məsələlərə aiddir".

Sergey Şoyqu həmçinin gələn il Moskvada keçiriləcək Qələbə paradı haqda da danışıb: "O tarixi yenidən yazmaq, qalibləri məğlublar, məğlubları isə qaliblər kimi qələmə vermək məqsədilə göstərilən hər hansı cəhdlərə qarşı mübarizə aparmaq üçün nə mümkündürsə etmək lazımdır. Eyni sözlər bu böyük savaşın, ölkəmiz üçün ağır müharibənin gedişində törədilmiş cinayətlərə də aiddir. Bu gün bir tərəfdən tarixi yenidən yazmaq, digər tərəfdən qaliblərin məğlub sayılması üçün əlindən gələni etmək istəyənlərin sayı get-gedə artmaqdadır. Biz bunu nəzərə alaraq, bütün həmkarlarımızı Moskvada keçiriləcək bayram tədbirinə dəvət etmişik ki, Birlik ölkələrindən olan hərbi kontingent Qızıl Meydanda Qələbə paradında iştirak etsin. Ümidvaram ki, azərbaycanlı hərbi qulluqçular da əvvəllər olduğu kimi, bu tədbirdə çox fəal iştirak edəcəklər".

Xəbər lenti
0