Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Toy sevinci burunlarından gəldi: üç nəfər xəstəxanada

© AFP 2023 / HERIKA MARTINEZСотрудники больницы перевозят тело человека, фото из архива
Сотрудники больницы перевозят тело человека, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"QAZ 2410" markalı minik avtomobili hərəkətdə olarkən təkəri partlayıb və yoldan çıxaraq elektrik dirəklərinə çırpılıb

BAKI, 30 oktyabr — Sputnik. Qəbələdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 16 radələrində Qəbələ-Ağdaş yolunda qeydə alınıb. "QAZ 2410" markalı, 10-KD-881 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən təkəri partlayıb və yoldan çıxaraq elektrik dirəklərinə çırpılıb. Hadisə zamanı avtomobildə olan 3 qadın xəsarət alıb. Yaralılar Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, qəzaya düşən avtomobildəki şəxslər toydan qayıdırmışlar. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0