CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Partlayışda xəsarət alanların vəziyyəti açıqlandı

© Sputnik / Nikolay Hizhnyak / Mediabanka keçidXəstəxanada tibb bacısı, arxiv şəkli
Xəstəxanada tibb bacısı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yaralılardan birinin müalicəsi reanimasiya şöbəsində davam edir, vəziyyəti ağır qiymətləndirilir, digər iki nəfər isə cərrahiyyə şöbəsindən palataya köçürülüblər.

BAKI, 30 oktyabr — Sputnik. Xəbər verdiiymiz kimi, ötən gün gün saat 13.30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.

Sputnik Azərbaycan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yaydığı məlumata əsasən xəbər verir ki, nəticədə şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub. Hadisə yerində olan şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına çatdırılıblar.

Sputnik Azərbaycan-ın xəbərinə görə, Səhiyyə Nazirliyi partlayış zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən 3 nəfərin vəziyyəti haqda son məlumat yayıb. Bildirilir ki, yaralılardan birinin müalicəsi reanimasiya şöbəsində davam edir, vəziyyəti ağır qiymətləndirilir, digər iki nəfər isə cərrahiyyə şöbəsindən palataya köçürülüblər. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

Xəbər lenti
0