Kamalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 30 oktyabr — Sputnik. Rusiyanın Xalq artisti Filipp Kirkorov 30-31 oktyabr tarixində Bakıda solo konsertlə çıxış edəcək. Bununla bağlı o, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında mətbuat konfransı keçirib. O, mətbuat konsertində övladları Martin və Alla-Viktoriya ilə bir yerdə iştirak edib. Pop-kralı Azərbaycan KİV-nin, o cümlədən Sputnik Azərbaycan-ın suallarına cavab verib.
- Bakıya xoş gəlmisiniz.
- Çox sağ olun. Mən çoxdan arzu edirdim, Bakıya gəlmək istəyirdim. Bu, “Jara” musiqi festivalı, Emin Ağalarov, onun ailəsi, eləcə də mənə dəstək olan və arzumun həyata keçməsinə yardım edən dostlarım sayəsində bir neçə il əvvəl baş tutdu.
Adətən, ilk dəfə hansısa ölkəyə səfər edəndə və hansısa yeməyi dadanda, mütləq ürəyində arzu tutursan. Mən birinci dəfə Bakıya gələndə buraya yenə və yenə gəlməyi, dünyanın ən gözəl zallarından biri olan Baku Crystal Hall-da solo konsertlə çıxış etməyi ürəyimdə arzu kimi tutdum. Mənim arzum yerinə yetdi. Bu konsert mənim həyatımda ən yaddaqalanlardan biri idi.
Bu dəfə Bakı Konqres Mərkəzində çıxış edəcəyəm. Mən bakılılara özümün “Əhval-ruhiyyənin rəngi” adlı üç saatlıq şoumu təqdim edəcəyəm. Mən gücümə qənaət etmirəm, səhhətimi qorumuram. Mənim üçün səhnəyə çıxmaq sevincdir, çünki bu mənim xoşuma gəlir. Xüsusən də, mənə zövq verən ölkədə çıxış etməyim xoşdur. Belə ölkələrdən biri də Azərbaycandır. Mən Bakıya gəlməzdən əvvəl xüsusi olaraq arıqlamışam, çünki bilirəm ki, burada yenidən kökələcəyəm.
- Bakıda bu dəfə harada olmağı planlaşdırırsınız?
- Mən bizim üçünə yaxşı, təhlükəsiz, qonaqpərvər, evdəki kimi yaxşı olacaq bütün yerlərə öz uşaqlarımı götürməyə çalışıram. Buna görə də, bu dəfə də onları Bakıya gətirmək qərarına gəldim. Mən uşaqlarımı heç də bütün şəhərlər və ölkələrə götürürəm. Amma onlar yenidən sizin şəhəri görmək istəyirdilər. Onlar son dörd ayı bu səfərin arzusu ilə yaşayıblar. Konsert şəhərin mərkəzində baş tutacağından, bizim kifayət qədər asudə vaxtımız var. Mütləq yenidən İçəri Şəhərə, Heydər Əliyev Mərkəzinə və bir çox digər yerlərə baş çəkəcəyik. Eləcə də mağazaları gəzəcəyik, yelləncəklərdə yellənəcəyik.
- Azərbaycanın Xalq artisti Aygün Kazımova sizin konsertinizdə çıxış edəcəkmi?
- Biz bu yay Aygünlə “Jalma” mahnısını ifa etdik. Bu, “Jara” festivalının ən parlaq hadisələrindən biri idi. Bizim duetimiz tamaşaçıların o qədər xoşuna gəlmişdi ki, bizə uzun müddət əl çaldılar. Hətta klip də çəkməyə vaxt tapdıq. Bütün bunlar Aygünün aktivliyi sayəsində baş tutdu. Hər şeyi o təşkil etdi. Klip artıq təqdim edilib. Biz başa düşürdük ki, daha da irəli getmək lazımdır. Əlbəttə ki, o, mənim Bakı konsertimdə xüsusi qonaq olacaq. Biz “Jalma” və məşhur “Azərbaycan” mahnılarını ifa edəcəyik.
- Sizin duetinizdən sonra belə şayiələr yayılıb ki, aranızda sevgi var...
- Mən Azərbaycana yenidən gələ bilməyimə kömək etdiyi üçün həmişə Aygünə minnətdar olacağam. Biz onunla dostluq edirik. Bizi həmişə dostluq birləşdirəcək.
- Siz həmişə Azərbaycan qadınları barədə yüksək fikirlər söyləyirsiniz. Onların hansı keyfiyyəti sizə daha çox xoş gəlir?
- Onlar möhtəşəmdirlər, cazibədardırlar, alicənabdırlar, qonaqpərvərdirlər. Buna görə də onlara vurulmamaq mümkün deyil. Mən ancaq Azərbaycanın divası olan Aygün Kazımova ilə çıxış etdiyimdən, təcrübəm azdır. Amma bu da bəs elədi ki, onu sevgi kimi yenə və yenə arzu edim. Bəlkə bizim duetimiz tamaşaçının ona görə xoşuna gəlib ki, bu duetdə hər şey təbiidir.
- Siz Azərbaycana kifayət qədər tez-tez gəlirsiniz. Gələcəkdə burada daşınmaz əmlak almaq fikriniz yoxdur?
- Mən sevdiyim insanlara və yerlərə o qədər güclü bağlanıram ki, o dəqiqə beynimdə belə fikir yaranır – mən burda kök salmalı, nəsə alaraq, köçməliyəm. Bakı bu siyahıdadır. Mən başa düşürəm ki, mənim qrafikim və həyat tərzimlə bunu etmək çox çətin olacaq. Mənim bir çox ölkələrdə, o cümlədən tarixi vətənim olan Bolqarıstanda daşınmaz əmlakım var. Amma mən ora da getməyə və ailəmlə vaxt keçirməyə imkan tapmıram. Mənim həyat tərzim və iş qrafikim bağışlanmazdır.
Mənim yaşım kifayət qədərdir və çox şey olub. Mən bütün dünyanı gəzmişəm. Yaponiyadan başqa demək olar ki, hər yerdə olmuşam. Məni həmişə kiçik, şəxsi məkanım olan uzaq yerlərə qaçmaq arzusunda olmuşam. Yəqin ki, Bakıda özümə nəsə ala biləcəyim vəsaiti övladlarıma saxlasam yaxşı olar. Onlar gələcəkdə istəsələr, bunu edərlər. Hələlik isə biz bura qonaq kimi gələcəyik. Bizim qalmağa yerimiz var. Bu daha düzgün və sərfəli olar.
- İndi nə barədə arzu edirsiniz?
- Uşaqlarıma kimi çox şey barədə arzu etmişəm: karyera, ev, yani mahnı, proqram. İndi isə bir şeyi arzu edirəm – uşaqlarımın böyüməsini, onların toyunu görmək.
- Bakılı pərəstişkarlarınız konsertinizdə nəsə eksklüziv görə biləcəklərmi?
- Bakıda sonuncu konsertimdən sonra özümə söz verdim ki, yeni mahnımı mütləq Bakıya gətirəcəyəm. Biz özümüzlə Bakıya 7 maşın yük gətirmişik. Bu o deməkdir ki, daha böyük səhnə, daha çox kostyum və rəqqas olacaq. Konsertdə təkcə yeni mahnıları deyil, həm də hamı tərəfindən sevilmiş köhnə mahnılarımı ifa edəcəyəm. Mən heç bir zaman bir yerdə durmamışam. Əlbəttə, söyüblər də, tənqid də ediblər. Amma bu, yalnız o şəxslərlə olmur ki, onlar nəsə etmirlər. Əminəm ki, mənim şoum bakılıların xoşuna gələcək.