Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda "Shacman" minik maşınlarına divan tutdu

CC0 / Artyom Kulakov / carАвария, фото из архива
Авария, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Biləcəridə yük maşını minik avtomobillərinə çırpılaraq aşıb. Qəza zamanı avtomobillər deformasiyaya uğrayıb, işıqfor zədələnib

BAKI, 30 oktyabr — Sputnik. Bakının Biləcəri qəsəbəsində “SHACMAN” markalı yük avtomobilinin əyləc sisteminin işləməməsi səbəbindən işıqforun qırmızı işığında keçib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, nəticədə yük maşını 3 minik avtomobilinə çırpılaraq aşıb. Qəza zamanı avtomobillər deformasiyaya uğrayıb, işıqfor zədələnib.

Əraziyə Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0