Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qubada bıçaqlanma baş verib

© Sputnik / Murad OrujovНож в руке, фото из архива
Нож в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, V.Həsənova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

BAKI, 30 oktyabr — Sputnik. Oktyabrın 28-də axşam saatlarında rayon sakini Vüqar Həsənovun bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarəti ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Sputnik Azərbaycan DİN Mətbuat Xidmətinin Quba regional qrupunun məlumatına istinadla xəbər verir ki, məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirərək hadisə yerindən qaçan rayonun Vladimirovka kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 16 ilə yaxın müddətə həbs olunmuş Firudin İskəndərov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, V.Həsənova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

© AR Ministry of Internal AffairsQubada həmyerlisini bıçaqlamaqda şübhəli bilinən Firudin İskəndərov
Qubada bıçaqlanma baş verib - Sputnik Azərbaycan
Qubada həmyerlisini bıçaqlamaqda şübhəli bilinən Firudin İskəndərov
bıçaqнож

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Xəbər lenti
0