Atasının bədbəxt etdiyi qadın sığınacağa yerləşdirilib

CC0 / Anemone123 / DesperateДепрессия
Депрессия - Sputnik Azərbaycan
Abunə olmaq
Nəticə olaraq isə bu kimi hadisələrin daha çox erkən nikaha cəlbedilmə və qızların təhsilsizliyi, iqtisadi asılılğından doğduğunu demək olar.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 30 oktyabr — Sputnik. “Qadın atası və ögey anası tərəfindən davamlı olaraq zorakılığa məruz qalıb. 18 yaşında ailə həyatı quran qadının birinci evlilikdən iki övladı var. Qeyri-rəsmi münasibətdən isə 10 aylıq bir körpəsi var. Artıq həmin qadın övladı ilə birgə sığınacağımıza yerləşdirilib”. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, qadının birinci rəsmi münasibətdən olan övladları 10-11 yaşlarındadır.

Ailəsində münaqişələr olduğu üçün ayrılan qadın ata evinə gəlsə də, onu burada yola verməyiblər: “Çünki qadının atası deyirmiş ki, mən sənə, övladlarına baxan deyiləm. Qız məcburiyyət qarşısında qalıb övladlarını atalarına verir. Amma bundan sonra o, övladlarını geri almaq üçün dəfələrlə vəkil tutsa da, buna nail ola bilmir".

"Daha sonra qadın atasının təkidi ilə yenidən başqa bir adama, özünün xalası qızının ərinə ərə verilir. Amma bu dəfəki münasibəti qeyri-rəsmi olur. Artıq onların körpələri dünyaya gəldikdə isə qadın işləyə bilmir. O, evdə oturaraq övladına baxmaq məcburiyyətində qalır. Bu müddətdə isə həmin xalası qızı ona baxmalı olur. Bütün bunlar isə həmin qadının özünün dedikləridir. Lakin detallı məlumatlar hələ ki, bizə də bəlli deyil", - deyə o əlavə edib.

Qeyd edək ki, etik hesab edilmədiyi üçün zorakılığa məruz qalan həmin qadının adını açıqlamırıq.

Nəticə olaraq isə bu kimi hadisələrin daha çox erkən nikaha cəlbedilmə və qızların təhsilsizliyi, iqtisadi asılılğından doğduğunu demək olar...

Xəbər lenti
0