Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda ən bahalı əməliyyatların maliyyələşməsi ilə bağlı xoş xəbər

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidОперация в клинике, фото из архива
Операция в клинике, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nəzərdə tutulub ki, ən bahalı əməliyyatlar sayılan açıq ürək əməliyyatları, şuntlama, stent qoyulması, orqan transplantasiyası, eləcə də ekstrakorporal mayalanma icbari tibbi sığorta zərfinə daxil edilsin.

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 oktyabr — Sputnik. Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə gələn ildən başlanılması nəzərdə tutulsa da, hələ ki, icbari tibbi sığorta paketinə hansı əməliyyatların salınacağı məlum deyil. Vətəndaşları maraqlandıran əsas məsələlərdən biri isə həyata keçirilməsi böyük maliyyə tələb edən cərrahi əməliyyatların icbari tibbi sığorta paketinə daxil edilib-edilməyəcəyidir.

Sputnik Azərbaycan-a bu barədə açıqlama verən Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, deputat Musa Quliyev bildirib ki, icbari tibbi sığorta paketinə bahalı cərrahi əməliyyatların salınması nəzərdə tutulub: "Gələn ildən ölkə ərazisində icbari tibbi sığortaya keçəcəyik. Düzdür, icbari tibbi sığortanın bir ilə tam reallaşması mümkün deyil. İcbari tibbi sığorta haradasa üç-dörd ilə oturuşacaq. İcbari tibbi sığortanın tətbiqindən sonra bir əməliyyatı öz üzərinə götürüb, digərlərini götürməməyi doğru olmaz. Bu, icbari tibbi sığortanın fəlsəfəsinə uyğun deyil.

Yaxşı olardı ki, bahalı əməliyyatların müəyyən hissəsini icbari tibbi sığorta öz üzərinə götürsün, müəyyən hissəsini də vətəndaş ödəsin. Bu məsələ icbari tibbi sığortanın tətbiq olunduğu qonşu Gürcüstanda da belədir. Nəzərdə tutulub ki, ən bahalı əməliyyatlar sayılan açıq ürək əməliyyatları, şuntlama, stent qoyulması, orqan transplantasiyası, eləcə də ekstrakorporal mayalanma icbari tibbi sığorta zərfinə daxil edilsin. Bu əməliyyatların haradasa 70 faizini sığorta öz üzərinə götürsə, 30 faizini də vətəndaşlarımız ödəyərlər. Bahalı əməliyyat xərclərinin tam olaraq icbari tibbi sığorta paketi tərəfindən qarşılanması düzgün deyil. Buna hazırda icbari tibbi sığorta fondunun maliyyəsi də yoxdur".

Xəbər lenti
0