Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 29 oktyabr — Sputnik. "Sosial şəbəkədə yaşlı deputatların şəkillərini paylaşıb onların haqqında xoşagəlməyən fikirlər yazırlar. Amma bu, düzgün deyil. Çünki bu deputatı insanlar seçirlər. Deməli, ona inanırlar, onun hörməti var".
O, dünya təcrübəsindən də misal çəkib: "Bu gün dünyada müxtəlif biznes sahələrinin başında dayanan qocalar var. Onda gərək, onları çıxardıb cavanlarla əvəzləyək. Bu, düzgün deyil axı. Əgər qoca dediyimiz o şəxs bu boyda dünyanı idarə edə bilirsə, qoyun idarə etsin. Məncə, kim işində ölkəyə daha çox xeyir gətirirsə, vəzifədə də o olmalıdır. Burada yaş senzi önəmli olmamalıdır. Həmin şəxs istəyir 20 yaşlı cavan, istəyir 150 yaşlı qoca olsun. Kim ki, planlı olaraq işləyir, strategiyanı müəyyənləşdirə bilir, o şəxs vəzifədə olmalıdır".
"Məgər bir şəxsin yaşı çoxdursa, bu o deməkdir ki, o yararsızdır? Azərbaycanın ən uzunömürlü adamlarından biri olan Şirəli Müslümov 136 yaşında yenidən övlad sahibi olmuşdu. O gün bir qadın ilk dəfə olaraq 64 yaşında ana oldu. Bu o demək deyil ki, 64 yaşında adam yararsız olur?" - deyə o əlavə edib.
O, həmçinin öz postu ilə bağlı yayılan fikirlərə də münasibət bildirib: "O dəfə də biri mənə yazır ki, gənc aşpaz tanıyıram, tutduğunuz vəzifəni ona verin. Dedim, böyük məmnuniyyətlə vəzifəmi ona verərəm. Amma şərtim var: mən aldığım qədər maaş alacaq, gördüyüm işin mində birini edəcək, mənim kimi yaratdığı texnologiyaları xaricdə təbliğ edib qazandığı pulları burada Assosiasiyaya qoyacaq. Yaxud da, mənim kimi 7 il işçilərin maaşını öz cibindən verəcək. Bundan başqa, namizədin əlində heç olmasa 5 illik əsaslandırılmış fəaliyyət planı olmalıdır. Mən isə 25 illik fəaliyyət planını ortaya qoyuram".
"Ona görə, mənə maraqlıdır, sizə yaş senzindən asılı olmayaraq işini görə bilən lazımdır, yoxsa, cavan biri?" - deyə Əmiraslanov əlavə edib.