CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə qeyri-adi təbliğat: Van Damma heykəl qoymaq ideyası haradan doğub

© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidAmerikalı aktyor Jan-Klod van Damm
Amerikalı aktyor Jan-Klod van Damm - Sputnik Azərbaycan
Abunə olmaq
Bir neçə həftə sonra Qəbələ rayonunun ən böyük qəsəbəsində amerikalı aktyora qoyulan heykəlin açılışı olacaq

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. Məşhur amerikalı aktyor Jan Klod Van Damma Qəbələ rayonunun Vəndam qəsəbəsində qoyulan abidə sosial şəbəkələrdə müxtəlif müzakirələrə səbəb olub. Layihənin ideya müəllifi, jurnalist Şakir Eminbəyli Sputnik Azərbaycan-a müsahibəsində bu qeyri-adi ideyasından danışıb.

Vəndam Qəbələ rayonunun ən böyük qəsəbəsidir. Eminbəylinin sözlərinə görə, bu qəsəbənin adı amerikalı aktyor Jan Klod Van Dammın soyadı ilə həmahəng səslənir. Odur ki, o, bu şərəfə qəsəbədə aktyorun heykəlinin qoyulmasına qərar verib. Aktyor heykəldə şpaqat açmış vəziyyətdə təsvir edilib. Heykəlin müəllifi Azad Əliyevdir. Jurnalist Azad Əliyev seçimi üzərində təsadüfən dayanmayıb. Məhz bu heykəltaraş ölkədəki heykəllərin bir çoxunun müəllifidir.

© FACEBOOK / Shakir Eminbeyli Məşhur amerikalı aktyor Jan Klod Van Damma Qəbələ rayonunun Vəndam qəsəbəsində qoyulan abidə
Ölkədə qeyri-adi təbliğat: Van Damma heykəl qoymaq ideyası haradan doğub - Sputnik Azərbaycan
Məşhur amerikalı aktyor Jan Klod Van Damma Qəbələ rayonunun Vəndam qəsəbəsində qoyulan abidə

"Biz hələ ki, abidəni qoymamışıq. Mənim sosial şəbəkədə paylaşdığım şəkil biz hələ heykəl üçün yer seçərkən çəkilib. Sonra heykəli oradan götürmüşük. Bu heykəl yaxın zamanlarda mənim şəxsi ərazimdə, İnformasiya Mərkəzinin açılacağı yerdə qoyulacaq. Bu heykəlin qoyulmasında məqsəd Qəbələnin turistik yerlərinin təbliğatının aparılmasıdır. Van Dammın heykəli bu mərkəzin bir hissəsi olacaq", - deyə Şakir Eminbəyli bildirib.

Onun bu ideyasına insanların verdiyi reaksiya müxtəlif olub. Kiminin bu ideya çox xoşuna gəlib, kimi də onu lağlağıya çevirib. Nə qədər adam varsa, bir o qədər də fikir var. Ona görə də jurnalist tənqidləri normal qarşılayır və təqdir edir. O əmindir ki, bu yeni layihəsi sayəsində Qəbələni ziyarət edən turistlərin sayı artacaq.

© FACEBOOK / Шакир Эминбейли Layihənin ideya müəllifi, jurnalist Şakir Eminbəyli
Ölkədə qeyri-adi təbliğat: Van Damma heykəl qoymaq ideyası haradan doğub - Sputnik Azərbaycan
Layihənin ideya müəllifi, jurnalist Şakir Eminbəyli

"Mənim əsas məqsədim Qəbələ rayonunda turizmi inkişaf etdirməkdir. Əminəm ki, bu yer təkcə azərbaycanlıların deyil, xarici turistlərin də sevimli yeri olacaq. Ümid edirəm ki, Van Damm özünün 60 illiyində Qəbələni ziyarət edəcək və onun şərəfinə hazırlanmış abidəni görəcək", - deyə Eminbəyli ümidini ifadə edib.

O, abidənin açılışının iki-üç həftə sonra olacağını bildirib.

Jan Klod Van Damm Belçika əsilli amerikalı aktyor, rejissor, senari müəllifi, döyüş səhnələrinin quruluşçusu və prodüserdir. O, 1979-cu ildə karate və kikboksinq üzrə orta çəki dərəcəli peşəkarlar arasında Avropa çempionu olub və qara kəmər sahibidir. Aktyorluq karyerası dövründə 50-dən çox filmə çəkilib. Onun məşhur filmlərindən "Qanlı idman", "Kikboksçu", "Şir ürəkli", "Ölümcül order", "Kiborq", "İkiqat zərbə", "Universal əsgər" və digərləri azərbaycanlı tamaşaçılar arasında da populyar olub.

Xəbər lenti
0