CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Biri o birini əvəz edəcək, qiyabi gedəcək, distant gələcək

© AFP 2023 / FREDERICK FLORINСтуденты в аудитории, фото из архива
Студенты в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya təcrübəsində də bu təhsil formasından geniş istifadə olunur və respublikada informasiya-kommunikasiya texnologiyalarının hazırkı səviyyəsi bu cür təhsil formasının həyata keçirilməsi üçün geniş imkanlar yaradır

BAKI, 29 oktyabr — Sputnik. Əmək fəaliyyəti ilə məşğul olan bakalavrların magistratura səviyyəsində bilik və bacarıqlarını artırmaq imkanları məhdudlaşdırılır. Bu isə öz növbəsində, əmək bazarına öz mənfi təsirini göstərəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Abituriyent" jurnalının 12-ci sayında bildirilib.

Азербайджан, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Təhsil fırıldaqçıları ələ keçdi - Ondan artıq təhsil müəssisəsində...

Məlumatda qeyd olunur ki, abituriyentlərdən fərqli olaraq bakalavrların bir çoxunun qiyabi təhsil almağa meylli olmalarını onların əmək fəaliyyəti ilə məşğul olmaları ilə izah etmək olar. Bu səbəbdən, həmin kateqoriyadan olan bakalavrlar magistraturada qiyabi təhsilalma formasına üstünlük verirlər. Bu isə öz növbəsində, əmək fəaliyyətini və təhsili eyni vaxtda davam etdirməyə imkan yaradır. Lakin 2013-cü ildən etibarən bu təcrübədən imtina edilib və bakalavrların təhsilalma formasını sərbəst seçmək imkanı olmayıb. Nəticədə, təhsil forması qiyabi olan ixtisaslaşmalara qəbul olanların nisbi sayı 2013-cü ildə 24.6%-ə qədər azalıb. Fikrimizcə, qiyabi təhsil formasından tamamilə imtina etmək əvəzinə, onun distant təhsil forması ilə əvəz edilməsi daha məqsədəuyğundur. Dünya təcrübəsində də bu təhsil formasından geniş istifadə olunur və respublikada informasiya-kommunikasiya texnologiyalarının hazırkı səviyyəsi bu cür təhsil formasının həyata keçirilməsi üçün geniş imkanlar yaradır.

Xəbər lenti
0