Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pensiyalarla bağlı suala aydınlıq gətirildi: artımla veriləcək

© pixabay / 3dman_euBankomat
Bankomat - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən elektron sistemin imkanlarından istifadə edilməklə, həmin artımların tətbiqi işləri yaxın günlərdə tam yekunlaşacaq

BAKI, 29 oktyabr — Sputnik. Hərbi və xüsusi rütbəli şəxslərin pensiyalarının müvafiq artımlarla birgə yaxın günlərdə ödənişi təmin olunacaq. Sputnik Azərbaycan-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Rusiyada işləyən azərbaycanlıların pensiya təminatına aydınlıq gətirildi

Xəbərdə bildirilir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında hərbi və xüsusi rütbəli şəxslərin vəzifə və rütbə maaşlarındakı artımlarla əlaqədar "Əmək pensiyaları haqqında" Qanuna əsasən, həmin kateqoriyaya aid pensiyaçıların pensiya məbləğlərinin artırılması işləri artıq başa çatmaq üzrədir.

Məlumatda bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən elektron sistemin imkanlarından istifadə edilməklə, həmin artımların tətbiqi işləri yaxın günlərdə tam yekunlaşacaq. Beləliklə, hərbi və xüsusi rütbəli şəxslərin oktyabr ayı üzrə pensiyalarının artıq yeni artımla və əvvəlki sentyabr ayının da artımı əlavə olunmaqla bu ayın sonunadək ödənişi həyata keçiriləcək. Bu da həmin kateqoriyadan olan insanların pensiyalarının ödənişinin əvvəlki aylarda olduğu kimi, oktyabr ayında qrafikə uyğun verilməsində gecikmənin olmadığını göstərir. Belə ki, müəyyən edilmiş qrafik üzrə həmin pensiya ödənişləri ötən dövrdə hər ayın 26-30-u tarixlərində təmin edilib.

Xəbər lenti
0