CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qayınata kürəkənini xəstəxanalıq etdi

© Sputnik / Rahim MuradovPolis Patrul Xidməti və Təcili Tbbi Yardım maşınları
Polis Patrul Xidməti və Təcili Tbbi Yardım maşınları - Sputnik Azərbaycan
Abunə olmaq
Kürəkən müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Qayınatanın bədənində isə yüngül xəsarətlər qeydə alınıb

BAKI, 29 oktyabr — Sputnik. Goranboyda qayınata kürəkəni ilə dava edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, hadisə rayonun Xanqərvənd kəndində baş verib. Belə ki, 1958-ci il təvəllüdlü kənd sakini Rüstəmov Şahin kürəkəni, 1986-cı il təvəllüdlü İsmayıl Quliyevlə dava edib. Nəticədə onun kürəkəni müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Qayınatanın bədənində isə yüngül xəsarətlər qeydə alınıb.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onların hər ikisinin vəizyyəti yaxşı olduqdan sonra evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0