CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Röyadan məzunu olduğu universitetə hədiyyə

Abunə olmaq
"Bakı Dövlət Universitetinin 100 illiyindən sevgi və sayğı dolu görüşü paylaşmaq istədim. Hörmətli Elçin Babayev, sizinlə universitet daha da gözəlləşdi"

BAKI, 29 oktyabr — Sputnik. Yenicə Xalq artisti adını almış Röya Bakı Dövlət Universitetinin qonağı olub. Sputnik Azərbaycan xəbər verir ki, müğənni tədbirdən olan görüntüləri öz "Instagram" profilində paylaşıb. Tələbələr önündə hit mahnılarını ifa edən Röya duyğulu anlar yaşayıb. Xalq artisti paylaşdığı videoya öz fikirlərini əlavə edib:

"Bakı Dövlət Universitetinin 100 illiyindən sevgi və sayğı dolu görüşü paylaşmaq istədim. Hörmətli Elçin Babayev, sizinlə universitet daha da gözəlləşdi. Canımız, sevimlimiz Nailə xanım Mirməmmədli. Çox təşəkkür edirəm. Ürəyimi açdınız".

A post shared by Röya (@royaofficial) on

Qeyd edək ki, müğənni Röya BDU-nun Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin məzunudur. 21 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xalq artisti adına layiq görülüb.

Xəbər lenti
0