Nə ətdir, nə də balıq – Londonda yenə nələrsə baş verir

© REUTERS / Hannah McKayАкция противников Brexit
Акция противников Brexit - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa İttifaqı Böyük Britaniyanın təşkilatın üzvlüyündən çıxmaq məsələsini 2020-ci il yanvarın 31-dək təxirə salıb

BAKI, 29 oktyabr — Sputnik. Böyük Britaniya parlamenti hökumətin dekabr ayında növbədənkənar parlament seçkilərinin keçirilməsinə dair təklifini rədd edib. Bu barədə Sputnik Azərbaycan "BBC News"-a istinadən xəbər verir.

Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan
“Brexit”in baş tutması nələrə səbəb olacaq - politoloq şərhi

Məlumata əsasən, parlamentin aşağı palatası – İcmalar palatasında erkən seçkilərin keçirilməsi ilə bağlı təklifin lehinə 299, əleyhinə isə 70 parlamentari səs verib.

Səsvermə zamanı lazım olan səs çoxluğu əldə olunmayıb.

Böyük Britaniya qanunvericiliyinə əsasən, növbədənkənar seçkilərin keçirilməsi üçün 650 yerlik İcmalar palatasının 2/3-si, yəni 434 deputatın razılığı lazımdır.

Ötən gün keçirilən səsvermə müxalifət partiyaları tərəfindən boykot edilib.

Xatırladaq ki, ötən gün Avropa İttifaqı Böyük Britaniyanın təşkilatın üzvlüyündən çıxmaq məsələsini 2020-ci il yanvarın 31-dək təxirə salıb.

"Avropa İttifaqına üzv 27 ölkə "Brexit"in 31 yanvar 2020-ci ilə qədər uzadılmasına dair Böyük Britaniyanın sorğusunu qəbul edib. Qərarın yazılı şəkildə rəsmiləşəcəyi gözlənilir", - deyə öz "Twitter" səhifəsində Avropa Şurasının prezidenti Donald Tusk yazıb.

Politoloq Britaniyanın yeni Baş naziri haqda: "Brexit" davam edəcək>>

Qeyd edək ki, 2016-cı il iyunun 23-ü baş tutan və bir sualdan ibarət (Böyük Britaniya Avropa İttifaqında qalsın, yoxsa çıxsın) referendum nəticəsində Böyük Britaniya vətəndaşları qurumdan çıxmağa qərar veriblər.

Belə ki, referendumun nəticəsinə əsasən, vətəndaşların 52%-i Krallığın Aİ-dən çıxmasının lehinə səs verib. Böyük Britaniyanın Aİ-dən çıxmasının 2019-cu il martın 29-na nəzərdə tutulmasına baxmayaraq, bu proses oktyabrın 31-ə qədər təxirə salınmışdı.

Xəbər lenti
0